İnquşetiyada azərbaycanlıları daşıyan avtobus qəzaya uğrayıb,


Digərləri 11 Dek 2017 12:25:00 263 0

İnquşetiyada azərbaycanlıları daşıyan avtobus qəzaya uğrayıb,

İnquşetiyada azərbaycanlıları daşıyan mikroavtobus dünən gecə qəzaya uğrayaraq aşıb.

Son.az report-a istinadən xəbər verir ki, qəza nəticəsində 4 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin (CRM) mətbuat xidmətindən verilən məlumata görə, Qroznı-Vladikavkaz marşrut ilə hərəkət edən "Mercedes" markalı mikroavtobus Nazran yaxınlığında aşıb. Qəza zamanı avtobusda 7 nəfər - sürücü və sərnişinlər olub. Xəstəxanaya çatdırılanların vəziyyəti orta ağır olaraq dəyərləndirilir.