Nail Allahverdiyevin məhkəməsində qərar qəbul edildi


Digərləri 11 Dek 2017 12:12:04 254 0

Nail Allahverdiyevin məhkəməsində qərar qəbul edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi başlayıb.

Son.az modern.az-a istinadən xəbər verir ki, məhkəmə prosesində işə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılır. Məhkəmə prosesində ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak edirlər.

Nail Allahverdiyevin vəkili məhkəməyə qəza zamanı xəsarət alan və zərərçəkmiş kimi tanınan Türkiyə vətəndaşları Mutallib Tekiş və onun həyat yoldaşı Songül Tekişlə bağlı yeni sənədlər təqdim edib.

Vəkil bildirib ki, qəzada xəsarət alan Türkiyə vətəndaşları məktubda Nail Allahverdiyevdən şikayətçi olmadıqlarını və təzminat hüqüqundan imtina etdiklərini qeyd ediblər.