Səlim Müslümov: "Əlilliyi olan şəxslərdən 10 faizə yaxını işləyir"


Digərləri 11 Dek 2017 12:05:00 270 0

Səlim Müslümov: "Əlilliyi olan şəxslərdən 10 faizə yaxını işləyir"

Azərbaycanda əlilliyi olan 624 min şəxsin təxminən 3 min nəfəri əmək qabiliyyətlidir. Onların isə 10 faizə yaxını işləyir.

Son.az report-a istinadən xəbər verir­ ki, bunu əmək və əha­linin sosial müdafiəs­i naziri Səlim Müslüm­ov "Əlilliyi olan şəx­slərin məşğulluq imka­nlarının artırılmasın­a dəstək" layihəsinin ­təqdimatında deyib.

O bildirib ki, əlillərin məşğulluğunun təmin edilməsi əmək bazarının onlar üçün uyğunlaşdırılmasından asılıdır və bunun üçün  qanunvericiliyin təkmilləşdirilməsi vacibdir: "Əlillərin hüquqlarının müdafiəsi haqqında yeni qanun layihəsi hazırlanıb. Qanun layihəsi artıq Nazirlər Kabineti tərəfindən Prezident Administrasiyasına təqdim olunub".