"Acqarına yox, xaşla içmişəm" VİDEOsu saxta imiş RƏSMİ
Digərləri 11 Dek 2017 12:09:00 213 0
İki gündür sosial şəbəkələrdə və elektron mediada yayılan videoda baş verənlər həqiqət deyilmiş.
Son.az xəbər verir ki, bu barədə ölkə.az-a Bərdə rayon dövlət yol polisi şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru Şükran Cəfərov məlumat verib. Onun sözlərinə görə, görüntülərin yol polisi əməkdaşlarına aidiyyatı yoxdur:
"Videodan açıq şəkildə görünür ki, orada deyilənlər quramadır. İnsanlar da həmin quramaya inanıblar. Kimdirsə, o şəxsi tapıb cəzalandırmaq lazımdır. Ola bilər ki, başqa rayonda çəkilib". Qeyd edək ki, sözügedən videoda guya yol polisi əməkdaşları Bərdə rayon sakini Kərimov Xəyyam Pənah oğlunu içkili vəziyyətdə saxlayırlar. O isə israrla spirtli içkini acqarına deyil, xaşla içdiyini bildirir.
Mənbə: milli.az