"Sumqayıt"ın baş məşqçisi "Atletiko"nun düşərgəsinə yollanıb


Digərləri 11 Dek 2017 11:50:10 255 0

"Sumqayıt"ın baş məşqçisi "Atletiko"nun düşərgəsinə yollanıb

Samir Abasov təcrübə məqsədilə “Atletiko”nun düşərgəsinə yollanıb

Bakı. "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasov UEFA-nın PRO kateqoriyası üzrə məşqçi kurslarını uğurla başa vurması məqsədilə İspaniyaya yollanıb. Trend klubun saytına istinadən məlumat verir ki, çalışdırıcı AFFA-nın dəstəyi ilə təcrübə proqramının növbəti mərhələsini 10-17 dekabr tarixləri arasında Madrid “Atletiko”sunun düşərgəsində keçirəcək.