Gürcüstandan deportasiya edilən əcnəbilərin sayı açıqlanıb


Dünya 11 Dek 2017 11:47:43 312 0

Gürcüstandan deportasiya edilən əcnəbilərin sayı açıqlanıb

Bu il ərzində Azərbaycanın bir vətəndaşı Gürcüstandan deportasiya olunub

Bu ilin ötən dövründə xarici dövlətlərin 3645 vətəndaşı Gürcüstandan deportasiya edilib.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.

Siyahıya Türkiyə vətəndaşları başçılıq edir. 2017-ci ildə bu ölkənin 1651 vətəndaşı Gürcüstandan deportasiya edilib. Sonrakı yerdə İsrail vətəndaşları gəlir. Bu il 413 israilli Gürcüstandan çıxarılıb. Üçüncü yeri Almaniya (395 vətəndaş) tutub. 4-cü sıranı isə Rusiya (228 nəfər) tutub.

Bu il ərzində Azərbaycanın bir vətəndaşı Gürcüstandan deportasiya olunub.