"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digərləri 11 Dek 2017 11:45:07 181 0

"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Bakı. InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. EUR Dünya valyuta birjalarında EUR/USD valyuta cütlüyünün qiyməti 1.1730$-a kimi ucuzlaşdıqdan sonra yeni həftənin başlaması ilə 1.1784$-a kimi bahalaşıb. Məzənnə üzrə təhlillər isə qiymətdə bahalaşmanın həftənin ikinci yarısınadək 1.1818 və 1.1873$-a kimi davam edə biləcəyini göstərir. Həftənin ikinci yarısında isə avroya olan təzyiqlər 1.1554$-a kimi yenidən arta bilər. Qeyd etmək lazımdır ki, çərşənbə günü Amerika Mərkəzi Bankının (FED) faiz artımına gedəcəyi gözləntiləri yüksək olaraq qalır. Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 17:30-da baş tutacaq Avropa Mərkəzi Bankının mətbuat konfransında, yumşaq monater siyasətin davam etdirilməsi zəruriliyinin yenidən vurğulanması gözlənilir. GBP Funtun qiyməti İngiltərənin AB-dən ayrılması (“BREXIT”) danışıqları fonunda hələ də təzyiq altında qalmaqdadır. Belə ki, 1.34$-a ticarət edilən GBP/USD məzənnəsinin 1.3415$-ın altında qaldıqca, 1.3308 və 1.3175$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Bununla yanaşı, bu həftə “BREXIT” danışıqlarının 2018-ci ildə ikinci mərhələsinə keçid ilə bağlı qərarın müzakirəsi və çərşənbə axşamı Bakı vaxtı ilə saat 13:30-da açıqlanacaq İngiltərənin inflyasiya səviyyəsi, investorların diqqət mərkəzində olacaqdır. TRY Türkiyə bazarlarında USD/TRY məzənnəsi ucuzlaşmaqda davam edir. Cari həftənin başlaması ilə 3.84TL-nin altında ticarəti başlayan, Dollar/Lirə qiyməti sözügedən səviyyənin altında qaldıqca, 3.80 və 3.76TL-ə kimi də ucuzlaşa bilər. Türkiyə maliyyə bazarlarında isə bu həftənin əsas diqqət mərkəzində olan hadisələri bazar ertəsi Bakı vaxtı ilə saat 11:00-da Türkiyənin iqtisadi inkişaf göstəricisinin və cümə axşamı saat 16:00-da Türkiyə Mərkəzi Bankının faiz qərarının açıqlanmasıdır.