Bakı Ali Neft Məktəbində "School of Project Management"in yeni qrupunun açılışı olub


Digərləri 11 Dek 2017 11:47:38 197 0

Bakı Ali Neft Məktəbində "School of Project Management"in yeni qrupunun açılışı olub

Bakı Ali Neft Məktəbi (BANM), İngiltərənin “TwentyEighty Strategy Execution” (STRATEX) şirkəti, ABŞ-in Corc Vaşinqton universiteti, BP və onun tərəfdaşlarının birgə əməkdaşlığı ilə həyata keçirilən Layihələri İdarəetmə Məktəbi növbəti – “Stream 18” qrupunun təqdimat mərasimi keçirilib.

Bakı. Bakı Ali Neft Məktəbi (BANM), İngiltərənin “TwentyEighty Strategy Execution” (STRATEX) şirkəti, ABŞ-in Corc Vaşinqton universiteti, BP və onun tərəfdaşlarının birgə əməkdaşlığı ilə həyata keçirilən Layihələri İdarəetmə Məktəbi növbəti – “Stream 18” qrupunun təqdimat mərasimi keçirilib. BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirə BANM-in rektoru Elmar Qasımov, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədrinin I müavini Teyyub Cabbarov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda Əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli, SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini Asif Şəfəqqətov, “Azərsu” ASC-nin Aparat rəhbəri Möhsün Quliyev və yeni qrupun müxtəlif aparıcı şirkətlərdən olan iştirakçıları qatılıb. Açılışı BANM-in rektoru Elmar Qasımov açaraq, gələn qonaqları və yeni qrupun iştirakçılarını salamlayıb, Ali Məktəbin və Layihələri İdarəetmə Məktəbinin uğurlu fəaliyyətindən danışıb. Rektor qonaqları təqdim edərək BANM-in təşkilatçılığı ilə həyata keçirilən bu proqrama verdikləri önəm və dəyər üçün onlara təşəkkür edib.