Hulusi Kılıç: “Azərbaycanın üçrəngli bayrağı hər zaman ürəyimin üstündədir”


Siyasət 11 Dek 2017 11:34:21 330 0

Hulusi Kılıç: “Azərbaycanın üçrəngli bayrağı hər zaman ürəyimin üstündədir”

Türkiyənin Moldovadakı səfiri: “Belə bir ordenə sahib olmaqdan məmnunam”

“Azərbaycan Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif edilən ilk və hələlik yeganə xarici ölkə səfiriyəm”. 

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Türkiyənin Bakıdakı keçmiş, Moldovadakı hazırki səfiri Hulusi Kılıç bildirib.

Səfir deyib ki, etimadnaməsini Moldovanın sabiq prezidenti Nikolae Timoftiyə təqdim edən zaman “Dostluq” ordenini taxması Azərbaycandakı dostları tərəfindən çox yaxşı qarşılanıb: “Azərbaycanın üçrəngli bayrağı hər zaman mənim ürəyimin üstündədir. Cənab Nikolae Timoftiyə dedim ki, Bakıda 5 ilə yaxın səfir işləmişəm və Prezident İlham Əliyev bu ordeni mənə verib. Belə bir ordenə sahib olmaqdan məmnunam. Bu çox gözəl xatirədi”.

Qeyd edək ki, ötən ilin oktyabr ayının 13-də Hülusi Kılıç Moldova dövlət başçısının qəbuluna Azərbaycanın “Dostluq” ordeni ilə gedib.