Mançester derbisindən sonra qarşıdurma: Mourinyonu butulka ilə vurdular


İdman 11 Dek 2017 11:26:00 237 0

Mançester derbisindən sonra qarşıdurma: Mourinyonu butulka ilə vurdular

İngiltərə Premyer Liqasının 16-cı turunda keçirilən "Manchester United" - "Manchester City" (1:2) oyunundan sonra xoşagəlməz hadisələr baş verib. İnsident "Old Trafford"un dəhlizində olub. Goal.az "The Telegraph"a istinadən xəbər verir ki, "City" futbolçularının derbidəki qələbəni çılğın qeyd etməsi "qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyonun xoşuna gəlməyib. Portuqal mütəxəsis onlardan rəqibə qarşı hörmət göstərməyi istəyib. Mourinyonun istəyinə "şəhərlilər"in qapıçısı Ederson Moraeş təhqirlə cavab verib. Tərəflər yüksək tonla portuqal dilində mübahisə ediblər. Daha sonra konfliktə digər futbolçular da qoşulub. Nəticədə Mourinyonun başına plastik butulka ilə vurub, üstünə süd töküblər. "Manchester City"nin məşqçisi Mikel Arteta isə qaşından xəsarət alıb. Bu qarşıdurmada "United"in hücumçusu Romelu Lukakunun canfəşanlıq göstərdiyi qeyd olunur. Konflikt stadionun təhlükəsizlik işçilərinin müdaxiləsindən sonra yatızdırılıb.