ABŞ, Yaponiya və Cənubi Koreya birgə hərbi təlimə başlayıb


Dünya 11 Dek 2017 11:04:15 292 0

ABŞ, Yaponiya və Cənubi Koreya birgə hərbi təlimə başlayıb

Manevrlər Yaponiya və Koreya yarımadası yaxınlığında keçiriləcək

ABŞ, Yaponiya və Cənubi Koreya ikigünlük birgə hərbi-dəniz təlimlərinə başlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, manevrlər Yaponiya və Koreya yarımadası yaxınlığında keçiriləcək.

Rəsmi Tokionun məlumatına görə, təlimlərin məqsədi hərbi-dəniz özünümüdafiə qüvvələrinin taktiki potensialının artırılması və üç ölkə arasında münasibətlərin möhkəmləndirilməsidir.