Azərbaycanı Qış Olimpiya Oyunlarında 1 idmançı təmsil edəcək


İdman 11 Dek 2017 10:36:00 264 0

Azərbaycanı Qış Olimpiya Oyunlarında 1 idmançı təmsil edəcək

Azərbaycanı 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarında təmsil ecəcək idmançı müəyyənləşib. 

Goal.az xəbər verir ki, bu, Patrik Braxnerdir.

Avstriyalı legioner kişilər arasında slalom və böyük slalom yarışlarında çıxış edəcək. 25 yaşlı idmançı karyerasında ikinci dəfə olimpiadaya qatılacaq. O, 2014-cü il Soçi Qış Olimpiya Oyunlarında da iştirak edib. Həmin vaxt böyük slalom növündə 53-cü yeri tutmuş Braxner slalomçuların mübarizəsində finişə çata bilməyib.

O, qarşıdakı olimpiadaya lisenziyanı müxtəlif yarışlarda topladığı xallar sayəsində əldə edib. 

A.Zeynalovanın sözlərinə görə, Braxnerin bu yaxınlarda şəxsi problemi ortaya çıxdığından, Pxençxana yollanması sual altına düşmüşdü. Nəticədə federasiya andorralı Robert Solsonanı olimpiadaya yollamaq istəyib. Lakin Braxner problemini artıq yoluna qoyduğunu və Cənubi Koreyada çıxış etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, XXIII Qış Olimpiya Oyunları 9 - 25 fevral 2018-ci ildə keçiriləcək. (report)