Əlilliyi olan şəxslərin işlə təminatı üçün yeni layihəyə start verilib


Digərləri 11 Dek 2017 10:39:00 194 0

Əlilliyi olan şəxslərin işlə təminatı üçün yeni layihəyə start verilib

BP və Azərbaycandakı layihələr üzrə tərəfdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunmasına dəstək üzrə yeni layihəyə başlayıblar.

Bakı. Maksim Tsurkov - BP və Azərbaycandakı layihələr üzrə tərəfdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunmasına dəstək üzrə yeni layihəyə başlayıblar. Trend-in məlumatəna görə, layihə əlilliyi olan 100 şəxs üçün kurs və treninqlərin keçirilməsini nəzərdə tutur. Layihənin təqdimat mərasimində qeyd olunub ki, artıq bir qrup şirkət zəruri təcrübənin və layihənin 100 iştirakçısının məşğulluğunun təmin edilməsi üzrə öhdəlik götürüblər. Bu məqsədlə həmin şirkətlərin nümayəndələrindən ibarət komitə yaradılması da planlaşdırılır. Treninqlərdən əlavə, ingilis dili və kompüter kurslarının təşkili də nəzərdə tutulur.