Dado: “Mən Natavanı məcbur elədim...”


Şou-biznes 11 Dek 2017 10:24:00 261 0

Dado: “Mən Natavanı məcbur elədim...”

"Bu gündən sonra bütün söhbətlərə son! Natavan xanımı mən, demək olar ki, məcbur elədim ki, boşanmağımız barədə açıqlama versin. O, bunu istəmirdi. Aramızda çox böyük və ciddi problem yaşandı. Əsəbə hakim ola bilmədik. Mən açıqlama ilə bağlı onu məcbur edərkən İnstaqram-da yazacağına inanmadım. Mənim ucbatımdan oldu". 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu rəsmi instaqram səhifəsində reper Səid Əliyev (Dado) yazıb. O, Natavan Həbibinin bir neçə həftə bundan əvvəl boşanacağı barədə paylaşımına, evliliklərinin saxta olması ilə bağlı yayılan məlumatlara bir dəfəlik son qoymaq qərarına gəlib:

"Ümid edirəm ki, biz nə vaxtsa barışacağıq. Barışmasaq belə, o demək deyil ki, kimsə gözünü yumub ağzına gələni danışa bilər. Yenə icazə vermərəm. Bizi istəyənlər, istəməyənlər sağ olun. Gözümüzü bir az da açdız. Dostumuzun kim, düşmənimizun kim olduğunu aydın görə bildik. Hazırda ailəmizi qorumaq üçün əlimizdən gələni edirik. Bir-birimizdən uzaq olsaq belə. Qalan boş söhbətlərə, hansısa tanımayanların sözünə əsla inanmayın.

Mən kişiyəm. Pula satılan məxluqların söhbəti ancaq bizi güldürə bilər. Saxta evlilik, alınan bəy, kiminsə acığına edilən toy və.s. Kino kimi... Sadəcə, heyif ki, indi ailəmlə oturub bunlara gülə bilmirik. Həmin şeyləri danışan, "özlərini reklam edirlər" deyənlərin başına belə hadisə gəlsə, biz "əcəb oldu" demərik.