Azərbaycan BMT-nin fövqəladə vəziyyətlərə reaksiya üzrə Mərkəzi Fonduna ianə məbləğini artıracaq


Siyasət 11 Dek 2017 10:04:25 268 0

Azərbaycan BMT-nin fövqəladə vəziyyətlərə reaksiya üzrə Mərkəzi Fonduna ianə məbləğini artıracaq

Nyu-Yorkda keçirilən konfransda 36 donor ölkə gələn il fonda 383 milyon dollar ayırmağı vəd edib

Azərbaycan və daha yeddi ölkə BMT-nin fövqəladə vəziyyətlərə reaksiya üzrə Mərkəzi Fonduna ianə məbləğini keçən ilə nisbətən artıracağına söz verib.

"Report" BMT-nin xəbər mərkəzinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilmiş fond üçün vəsaitin toplanması üzrə konfransın yekunlarına əsasən elan olunub.

Konfransda 36 donor ölkə gələn il Mərkəzi Fonda 383 milyon dollar ayırmağı vəd edib. Bu donorlar arasında Azərbaycan, Avstraliya, Rusiya, Estoniya və Monqolustan da var.

BMT-nin Baş katibi Antoniu Quterriş bütün donorlara comərdliyə və ehtiyacı olanlarla həmrəylik göstərməyə hazır olduqları üçün təşəkkür edib.