Aygünün gəlinlik kepkası, İlhaməni öldürənlər, Təranənin həbs təhlükəsi və Elza Seyidcahan


Şou-biznes 11 Dek 2017 09:15:00 325 0

Aygünün gəlinlik kepkası, İlhaməni öldürənlər, Təranənin həbs təhlükəsi və Elza Seyidcahan

Son.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (151-ci say) təqdim edir.

Ötən həftə şərhlərdə "qış geyiminə keçin" kimi iradlar var idi. Hava iradlarınızı eşitdi və inanıram ki, artıq dekabr ayındakı bu günəşli havalarda siz də mənim geyimimə keçmisiniz. Geyimə də keçmək olar, vəzifəyə də keçmək olar. Əsas odur ki, zibilə keçməyəsiniz...

Aygün Bəylərin toy xəbəri yayılmışdı. Özü təkzib elədi. İndi də yeni xəbərlər yayılır ki, gəlinliyini Türkiyədən gətirirlər. Yarızarafat deyim ki, Aygünə bir "krassovka", bir dənə də qəşəng kepka yüz cür eksklüziv gəlinlikdən üstündür. Adam özü deyir ki, qadın paltarından narahat oluram.

İlhamə Quliyevanın oğlu Orxan Nadirovu həbs ediblər. Bir neçə adamdan pul alıbmış. Əli Mirəliyev də deyib ki, İlhamənin ürəyi elə Orxanın belə hərəkətlərinə görə partladı. İlhamənin bacıları da Mirəliyevin dediklərini təsdiqləyiblər. Tutaq ki, Orxan dələduzdur, pul alırmış, sonra camaat gəlib pulu İlhamədən tələb edirmiş. Bəs o keçmiş köməkçi Mehriban Hüseynovanın günahı nə idi? O qadın niyə ilyarım həyata dəmir barmaqlıqlar arxasından baxmalı oldu? Həmin vaxt niyə biriniz bacınıza demədiniz ki, bu qadın günahsızdır, səni çərlədən Orxandır? Təbii ki, o zaman Quliyevanın varidatının bölünməsindən söhbət belə gedə bilməzdi və o heç kimi yaxınına buraxmırdı. Bu gün isə hamı bacıdır, hamı qohumdur, hamı da İlhamənin ölümünə canu-dildən dilxordur.

Bu mövzu barədə yazmaq mənimçün o qədər ağırdır ki. Hətta sosial şəbəkədə status da yazmışdım ki, Anar nə səhv edibsə, uşaqlarına görə bu mövzunu bağlayaq. Ancaq görünür ki, tərəflər özləri də mövzunun qapadılmasına maraqlı deyillər. Necə deyərlər, Anar Nağılbazla həyat yoldaşı Anjelikanın komediyası davam edir. Anar deyib ki, Anjelika evə bahalı maşınlarda gəlirdi, qadın da cavab verib ki, bəs onda sənin qeyrətin harda idi? Elə axırıncı sual da budur. Qulpqoyan kişi deyir ki, ay bala, Anar qeyrətinə naviqator qoşmayıb ki, harda olduğunu da bilsin.