Bakıda yeniyetməyə 3 bıçaq zərbəsi vurulub


Kriminal 11 Dek 2017 08:52:00 237 0

Bakıda yeniyetməyə 3 bıçaq zərbəsi vurulub

Yeniyetmə tanımadığı şəxslə əlbəyaxa dava zaman bıçaqlanıb

Bakıda yeniyetmə bıçaq xəsarəti alıb.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Nizami rayonunda baş verib.

"8-ci kilometr bazarı"nın yaxınlığında yerləşən binanın həyətyanı sahəsində 2002-ci il təvəllüdlü Müslümzadə Polad Səbuhi oğlu tanımadığı şəxslə əlbəyaxa dava edib. Nəticədə onun bədəninə 3 bıçaq zərbəsi vurulub.