Bakıda orta yaşlı kişi bıçaqlanıb


Kriminal 11 Dek 2017 08:46:00 205 0

Bakıda orta yaşlı kişi bıçaqlanıb

O, tanımadığı şəxslə əlbəyaxa dava edən zaman bıçaqlanıb

Bakıda orta yaşlı kişi bıçaqlanıb.

Son.az report.az-a istinadən bildirir ki, hadisə dekabrın 9-u axşam saatlarında Xəzər rayonunda baş verib.

Belə ki, Bilgəh qəsəbəsində 1984-cü il təvəllüdlü İmanov Amir Fazil oğlu bədənin müxtəlif nahiyələrindən kəsilmiş-deşilmiş xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. O, bildirib ki, qəsəbə ərazisində tanımadığı şəxslə əlbəyaxa dava edən zaman bıçaqlanıb.