Azərbaycandakı xarici diplomatlar, beynəlxalq təşkilat rəhbərləri və jurnalistlər Tərtərə səfər ediblər


Siyasət 11 Dek 2017 08:20:22 246 0

Azərbaycandakı xarici diplomatlar, beynəlxalq təşkilat rəhbərləri və jurnalistlər Tərtərə səfər ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin, həmçinin kütləvi informasiya vasitələri təmsilçilərinin dekabrın 11-də Tərtər rayonuna səfərini təşkil edib.

Son.az bildirir ki, Komitədən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində diplomatlar və KİV nümayəndələri Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni salınmış hündürmərtəbəli yaşayış kompleksi və orada yaradılmış şəraitlə, həmçinin Tərtər rayonunun Şıxarx qəsəbəsində ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən, yenidən bərpa olunmuş "Marağa-150" abidəsi ilə yerində tanış olacaqlar.