Azərbaycanda yaşayış binasında yanğın olub, 1 nəfər xilas, 10 nəfər təxliyə olunub


Digərləri 11 Dek 2017 08:07:00 281 0

Azərbaycanda yaşayış binasında yanğın olub, 1 nəfər xilas, 10 nəfər təxliyə olunub

Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 20 m2 olan 1 otaqlı mənzildə 6 m2 sahədə ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas olunub və 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur.