Allahın əsSittir adının mənası


Digərləri 10 Dek 2017 23:50:00 292 0

Allahın əsSittir adının mənası

Əs-Sittir sözü örtən deməkdir. Allahın əs-Sittir adı Peyğəmbərin səhih hədisində zikr edilir. Rəvayət edilir ki, bir dəfə Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - bir kişinin açıq yerdə çimdiyini gördü.

Son.az zikr.az-a istinadən bildirir ki, bu səbəblə o, məscidin minbərinə qalxdı və Allahı həmd-səna ilə təriflədikdən sonra buyurdu: "Həqiqətən də, Uca Allah həlimdir, həyalıdır və örtəndir. O, həyalı olanları və eyibləri örtənləri sevir. Odur ki, sizlərdən bir kimsə (açıq yerdə) çimərkən övrət yerini örtsün." (ən-Nəsai, 406). əs-Sittir olan Allah qüsur və eyibləri örtəndir. O, bəndələrinin bir çox eyiblərini örtərək onları insanlar arasında rüsvay etmir.