Kanadada fermada 40-dan çox insan dəm qazından zəhərlənib


Dünya 10 Dek 2017 23:05:56 292 0

Kanadada fermada 40-dan çox insan dəm qazından zəhərlənib

Fermada 20 ildən çox pomidor, xiyar və bibər yetişdirilir

Kanadanın Britaniya Kolumbiyası vilayətinin Delta şəhərindəki fermaların birində dəm qazından zəhərlənən 40-dan çox insan xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hadisə istixanaların birində baş verib. Yerli səhiyyə müəssisəsinin məlumatına görə, xəstəxanaya 42 nəfər yerləşdirilib. Onlardan 10-un vəziyyəti ağırdır. 

İlkin məlumata görə, kütləvi zəhərlənməyə səbəb istixananın yuyulması üçün nəzərdə tutulan cihazın qaz mühərrikinin sıradan çıxması ola bilər. Fermada 20 ildən çoxdur pomidor, xiyar və bibər yetişdirilir.