Neftçalada 4 otaqlı ev yanıb


Digərləri 10 Dek 2017 23:17:00 294 0

Neftçalada 4 otaqlı ev yanıb

Neftçalada yanğın qeydə alınıb.

Son.az FHN-nin saytına istinadən bildirir ki, Neftçala rayonu, Şorkənd kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 2 otağının və aynabəndinin lambirindən ibarət tavanı 72 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.