Ümmətin xüsusiləri kimlərdir?


Digərləri 10 Dek 2017 22:40:00 265 0

Ümmətin xüsusiləri kimlərdir?

Həzrət Peyğəmbər (s) buyurur: "Mənim ümmətimin avamları islah olmaz, məgər o halda ki, ümmətimin xüsusiləri islah olarsa".

Bir nəfər soruşur: "Ümmətin xüsusiləri kimlərdirlər?".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət (s) buyurur: "Mənim ümmətimin xüsusiləri dörd dəstədirlər: 1. Rəhbərlər. 2. Alimlər. 3. Abidlər. 4. Tacirlər".

Başqa şəxs soruşur: "Necə?".

Həzrət (s) buyurur: "Rəhbərlər - insanların çobanlarıdır. O zaman ki, çoban canavar olar, qoyunlar necə otlasın ki?! Alimlər - insanların təbibidir. O zaman ki, təbib xəstə olar, xəstələri kim müalicə edər ki?! Allahın abid bəndələri - insanların yol göstərənidir. Əgər yol göstərən yolunu azarsa, kim yol gedəni hidayət edə bilər ki?! Tacirlər - insanların əmanətdarıdır. O zaman ki, əmanətdar xəyanət edər, kimə inanmaq olar ki?!". (Tebyan)