Ermənistan Avropada vətəndaşlarına ən aşağı məvacib verən ölkələr arasında ilk yerlərdən birini tutur


Dünya 10 Dek 2017 20:57:52 275 0

Ermənistan Avropada vətəndaşlarına ən aşağı məvacib verən ölkələr arasında ilk yerlərdən birini tutur

Ermənisatnda bu göstərici 251 avroya bərabərdir

"Texty.org.ua" Təhlil Mərkəzi Avropa ölkələrində işləyən insanlara nə gədər maaş qaldığını (vergilər xaric olmaqla - red) tədqiq edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Ermənistanda bu göstərici 251 avroya bərabərdir.

Bu göstəriciyə görə, Ermənistan Avropada ən aşağı məvacib verilən ölkələr arasında 4-cü yeri tutur. Qeyd edək ki, Ukraynada bu göstərici 190 avroya, Moldovada isə 216 avroya bərabərdir. 

Avropada ən yüksək məvacib verilən ölkə isə İsveçrədir (4421 avro). İkinci yerdə İslandiya (3440 avro), üçüncü yerdə isə 3405 avro ilə Norveç qərarlaşıb.

Rusiya (474 avro) bu göstəriciyə görə 10 Avropa ölkəsini qabaqlayıb. Bunlar arasında Ukrayna, Moldova, Ermənistan, Gürcüstan, Belarus, Qazaxıstan, Albaniya, Makedoniya və Serbiya kimi ölkələr var.