Arzunun həyata keçəcəyi təqdirdə hicab bağlamaq olarmı?


Digərləri 10 Dek 2017 20:55:00 407 0

Arzunun həyata keçəcəyi təqdirdə hicab bağlamaq olarmı?

Hicaba keçməyiniz münasibətilə sizi təbrik edirik, Allaha dua edirik ki, sizi xeyirli əməllərə müvəffəq edərək sonda Cənnətə daxil etsin. Hicab Allahın əmridir, Allahın əmrlərini hansısa arzunun həyata keçib-keçməməsindən asılı olmayaraq yerinə yetirmək hər bir müsəlmana vacibdir. Qadın hicab bağlamadığı hər günə görə günah qazanır. Daha ətraflı: Hicab - azadlıqdır! Son.az zikr.az-a istinadən bildirir ki, Nafilə (əlavə) əməllər vasitəsilə arzunun həyata keçməsi üçün dua etmək olar, amma yaxşı olar ki, əvvəl əməl edib, sonra arzunun həyata keçməsini Allahdan istəyəsiniz. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə buyurub: "Nəzir etməyin. Həqiqətən nəzir qədərdən heç nəyi dəyişmir. Nəzir yalnız paxıldan çıxar". (Muslim, 3096). Abdullah ibn Ömər (Allah onların ikisindən də razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) nəzir etməyi qadağan etmiş və belə demişdir: "Nəzir heç nəyi dəyişmir. Sadəcə olaraq onunla paxıldan mal çıxarılır". (əl-Buxari, 6693). Həmçinin, əgər nəzir deyilibsə, bunu yerinə yetirmək vacib olur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Kim Allaha itaət etməyi nəzir edibsə itaət etsin. Kim Allaha asi olmağı nəzir edibsə, asi olmasın". (əl-Buxari, 6696).