Salyanda minik avtomobili "KaMAZ" a çırpılıb, xəsarət alanlar var


Sosial 10 Dek 2017 20:15:57 282 0

Salyanda minik avtomobili "KaMAZ" a çırpılıb, xəsarət alanlar var

Hadisə zamanı ər-arvad xəsarət alıb

Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "Mercedes" markalı minik avtomobili qarşıda gedən "KaMAZ" markalı yük maşınının arxa hissəsinə çırpılıb. Nəticədə avtomobildə olan Bakı şəhər sakinləri - 29 yaşlı Fuad Mirzə oğlu Hüseynov və onun həyat yoldaşı, 22 yaşlı Pərvanə Elxan qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.