İsrail adlı dövlət varmı ki,...”


Dünya 10 Dek 2017 19:52:00 338 0

İsrail adlı dövlət varmı ki,...”

Şimali Koreya lideri Kim Çen Un, ABŞ prezidenti Donalt Trampın Qüds qərarına qarşı çıxıb. O ölkəsinin Qüdsü İsrailin paytaxtı olaraq tanımayacağını deyib.   Son.az modern.az-a istinadən bildirir ki, son zamanlarada keçirdiyi nüvə sınaqları ilə gündəmə gələn Şimal Koreya-da Qüds müzakirəsinə qatılıb. Şimali Koreya lideri bu sözləri deyib: "İsrail adlı bir dövlət varmı ki, paytaxtı da Qüds olsun. Biz siyonist bir dövləti tanımırıq. Qüdsü Fələstinin paytaxtı qəbul edirik".   Şimali Koreyanın Xarici İşlər Nazirliyinin rəsmisi, ABŞ prezidenti Donald Trampa əqli qüsurlu qoca deyərək, sözlərinə belə davam edib: "Əqli qüsurlu qoca BMT-nin toplantısında tamamən müstəqil bir dövləti (Şimali Koreyanı) yox etməkdən danışdığı üçün bu hərəkətinə də təəccüblənmədik. Trampın bu qərarı düşüncəsiz və şeytanidir.Bu addım, bütün dünyaya kimin sülhə qarşı təhdid olduğunu açıqca göstərir".