İmam Sadiqin (ə) nəzərində iradəni gücləndirməyin yolu


Digərləri 10 Dek 2017 19:40:00 338 0

İmam Sadiqin (ə) nəzərində iradəni gücləndirməyin yolu

Altıncı İmamın (ə) nəzərinə görə, həm düşüncənin sütununu ağıl təşkil edir, həm də əməlin sütununu ağıl təşkil edir. O da elə-belə ağıl yox, İslami ağıl. Əgər hər insanın ağlının meyarını ibadət təşkil edərsə, bu olur İslami ağıl.

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Sadiq (ə) bizə öyrədir ki, iradəni gücləndirməyin yolu İslami ağıla malik olmaqdadır ki, nəticəsi ibadətə gətirib çıxardır. İmam (ə) buyurur:"İradəni gücləndirməyin tək yolu - ibadətdir. Niyyəti gücləndirməyin yolu - ibadətdən qeyrisi deyildir".

İmam Əli (ə) iradə qüvvəti barəsində buyurur: "Mən Xeybərin qapısını bədən qüvvətimlə qopartmadım. İradə qüvvəti ilə bu qapını yerindən qopartdım". Yəni, əgər iradə güclü olarsa, bədən də güclənər. Bu, ruhun qüdrətidir ki, bədənə güc verər.

İmam Sadiq (ə) buyurur ki, hər kim iradəsini gücləndirmək istəyirsə, Allahdan qeyrisi barəsində düşünməsin. Hər kim günah edər, əsir olar. Əsir insan isə zəlildir. Hər kim zülm edər, həm özünə və həm də başqasına alçaqlıq etmiş olar. Bu cür insanın iradəsi olmaz. Zillət zülmdə özünü göstərər. İzzət isə itaət və ibadətdə.