Mingəçevirdə 70 yaşlı qadının cəsədi tapıldı


Digərləri 10 Dek 2017 19:44:00 246 0

Mingəçevirdə 70 yaşlı qadının cəsədi tapıldı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.   Son.az FHN-nin saytına istinadən bildirir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin ünvana gələrək mənzilin qapısını açıb və 1947-ci il təvəllüdlü Məmmədova Xeyransa Əliş qızının cəsədini aşkar ediblər.   Cəsəd aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.