Eyni vaxtda 40 növ fərqli meyvə verən ağac


Digərləri 10 Dek 2017 19:45:00 352 0

Eyni vaxtda 40 növ fərqli meyvə verən ağac

Syracuse Universiteti İncəsənət professorlarından Van Aken, bir fermada böyümüşdür.

Son.az kenquru.az-a istinadən bildirir ki, sənətkarlıqla davam etdirdiyi həyatında əldə etdiyi məlumatları ailə təsərrüfatında öyrəndikləri ilə birləşdirdikdə, 40 meyvəli bu heyrətamiz ağacı bitirməsi mümkün olub.

1. Bağın Satın Alınması

2008-ci ildə, Nyu-Yorkda Təsərrüfat Araşdırmaları Stansiyasında bir meyvə bağının maliyyə çatışmazlığından bağlanacağını öyrənən Van Aken antikvar və yerli meyvə növlərinin yetişdirildiyi və bəzi ağacları 150-200 yaşında olan bu bağın bağlanmasının bu qədim və nadir meyvə növlərinin də yox olması anlamına gələcəyini bildiyindən, meyvə bağçasını satın alır. Sonra da, müxtəlif ağac növlərini tək bir ağac gövdəsinə calaq etmək üzrə işə başlayır.

2. Ağacı Böyütmək

250 müxtəlif tumlu meyvə ilə işləyən Van Aken, hər birinin çiçəklənmə dövrünü bir zaman sisteminə uyğunlaşdırıb və bir neçə dənəsini anaç ağacın köklərinə calaq etməklə işə başlayıb. Anaç iki yaşına gəldikdə, bu dəfə də "gövdə aşılaması" prosesinə başlayıb. Gövdə aşılaması hər hansı bir bitkinin başqa bir bitkiyə calaq edilməsiylə onun çoxaldılması prosesidir. Durğun gövdə aşısında, bir meyvə ağacının gövdəsi olan bir budaq parçası alınıb anaça əlavə edilir və bintlə bağlanılır. Əgər peyvənd uğurlu olsa, ertəsi yazda, gövdə oyananda budaq budanır və calaq hissəsi böyüyərək yeni meyvə ağacını yaradır.

3. Təxminən beş il sonra, Van Aken ilk "40 meyvə" ağacını yetişdirə bilir.

İlin böyük bir dövrünü, Van Akenin 40 meyvə ağacı, bildiyimiz ağaclardan fərqsiz görünsə də, bahar gəldikdə çəhrayı, ağ, qırmızı, bənövşəyi, rəngarəng çiçəklərə bürünüb, yay aylarında əriklər, şaftalılar, mandarinlər, albalı, badam və sair meyvələrlə örtülür.

4. Meyvə Ticarəti

Xəbərə aid fotolar