Ateistlərə qarşı təqiblər niyə sürətlə artır?


Dünya 10 Dek 2017 18:48:00 303 0

Ateistlərə qarşı təqiblər niyə sürətlə artır?

Keçən aprel ayında Pakistanda bir universitet tələbəsi İslama qarşı təhqirdə ittiham edilərək başqa tələbə yoldaşları tərəfindən döyülüb.

Maldivlərdə isə bir neçə həftə öncə liberal dünyəvilin müdafiəçisi və dinə qarşı ciddi yanaşmayan tanınmış bir bloqçu mənzilində bıçaqlanıb.

Sudanda insan haqları fəalı Məhəmməd əl-Dosoqi şəxsiyyət vəsiqəsində dininin ateistə dəyişdirilməsi müraciətindən sonra, həbs olunub.

IHEU təşkilatı cəmi üç misalda ateistlər və dinə skeptik yanaşanlara qarşı ayrı-seçki münasibət, təzyiq və hücum hallarını göstərir.

2017-ci ilin Fikir Azadlığı məruzəsində təşkilat, dünyanın 85 ölkəsində qeyri-dindarlara qarşı "kəskin ayrı-seçkilik" hallarını nümayiş etdirib.

Maldivlərdə ateist Yamin Rəşid aprel ayında qətlə yetirilib

Və bu yeddi ölkədə - Hindistan, Maldivlər, Mavritaniya, Pakistan, Sudan və Səudiyyə Ərəbistanı - deyilənlərə görə, qeyri-dindarlar "aktiv şəkildə təqib olunurlar".

IHEU Londonda yerləşən və dünyanın 40-dan çox ölkəsindən olan 120-dən artıq humanist, ateist və sekulyar qruplardan ibarət təşkilatdır.

Onlar əldə etdikləri nəticələri bu həftə Avropa Parlamentinə təqdim ediblər.

"Bu narahat edici cərəyan, insan haqlarına ziddir," IHEU-un baş icraçı direktoru Gary McLeland BBC-ə deyib.

Düşüncə, din və ya inanc azadlığı haqqı İnsan Haqlarının 1948-ci il universal bəyannaməsi ilə qorunur.

Buraya dinini dəyişmək azadlığı və bir kəsin inancını ifadə etməsi və ya inanca sahib olmamağı da daxildir.

"Bir çox ölkələr bu beynəlxalq normaya göz yumur," McLelland əlavə edib.

Kobud pozuntular

Qeyri-dindar şəxslərə qarşı "ən təhlükəli" 85 ölkə arasında 30-u ötən 12 ay ərzindəki məlumatlar əsasında "kobud pozuntular" baş verən qrupa aid edilib.

Bu pozuntulara hökmsüz qətllər və ya dövlət dəstəyi ilə təzyiqdən tutmuş, təqib və ya dindən dönənlərin yoxa çıxmasına qədər hallar daxildir.

Bundan başqa, ayrı-seçkiliyin "kəskin" hesab edildiyi 55 ölkə var.

Buraya dini idarənin ailə qanunları və məhkəmələrdən üstünlüyü, dövlət məktəblərində fundamentalist təlqin və ya qorunan inanclara qarşı tənqid nəticəsində həbs cəzasının tətbiq olunması kimi hallar daxildir.

Almaniya və Yeni Zelandiya kimi ölkələr də "küfr" və bənzər təhqirlərə görə arxaik qanunlar qalsa da, nadir hallarda tətbiq olunur.

"Daha ciddi ayrı-seçkilik formaları ən çox İslam ölkələrində (və ya şimali Nigeriya kimi müxtəlif dinli ölkələrdə İslamın üstünlük təşkil etdiyi ərazilərdə) müşahidə edilir" McLelland deyib.

"Ayrı-seçkilik daha çox qaydaların dinlə idarə olunduğu və ifadə azadlığının məhdud olduğu yerlərdə baş verir. Bu, hesabatdan çıxan mühakimə yox, vəziyyətin əksidir.

Banqladeşdə ateist bloqçu Niloy Chakrabartinin qətli ilə bağlı etiraz aksiyası. Dəkkə, 2015-ci il.

Həm də Qərb problemidir

Fəqət qeyri-dindarlara qarşı ayrı-seçkilik halları bir neçə Avropa ölkəsi və Birləşmiş Ştatlarda da qeydə alınıb.

Bu daha çox mühafizəkar millətçilik və populizmin artığı yerlərdə müşahidə olunub.

"ABŞ-da dindar olmayan insanlara qarşı ayrı-seçkilik və nifrət adi hala çevrilib," Kent Universitetindən Dini Elmlər üzrə tədqiqatçı Dr. Lois Lee deyir.

"Son sorğularda ateistlər ən etibarsız qruplar siyahısına salınıblar."