32 yaşlı azərbaycanlı qadın: “Ərim başımı divara çırpdı, ağzımın içinə tüpürdü” FOTO


Digərləri 10 Dek 2017 17:37:00 310 0

32 yaşlı azərbaycanlı qadın: “Ərim başımı divara çırpdı, ağzımın içinə tüpürdü”  FOTO

Yaşadığımız mühitin gözəlliklərindən, şıltaq uşaqların səs-küylü əhatələrindən, şəhərin gur işıqlarından, bahalı avtomobillərin şütüdüyü yollardan keçib, bir anda "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinə ayaq basıb, oradakı qadınların, uşaqların çarəsiz, iztirablı üz ifadələrini gördükdə sanki başqa bir dünyaya - ümidsizliyin, qaranlığın hökm sürdüyü bir aləmə düşürsən.

Son.az bildirir ki, fiziki zorakılıq ucbatından gözünün altı göyərmiş, qorxudan tir-tir əsən, rəngi solmuş 32 yaşlı iki uşaq anası Fəridə (ad şərtidir) keşməkeşli həyat hekayəsini virtualaz.org-a danışdı. O, sözlərinə belə başladı:

- Uşaqlığım da yaxşı keçməyib. Ailəmiz böyük idi. Atamla anam səhər gedib axşam gəlirdilər. Bacı-qardaşlarıma baxan olmadığına görə 5-ci sinifdən sonra məni məktəbdən çıxarmağa məcbur oldular. Evin bütün işləri mənim üstümdə idi.

- Bəs həyatınızın bu axarı necə dəyişdi?

- 16 yaşım var idi. Gələcək ərimlə eyni kənddə yaşayırdıq, uzaq da olsa, qonşu idik. Tanışlıq müddətimiz uzun çəkmədi. Qoşulub qaçdıq. Yaşım çatmadığı üçün nikaha daxil ola bilmədik. Oğlum birinci sinfə gedəndə məcbur olub münasibətimizi rəsmiləşdirdik.

- Ailəniz sizin bu qərarınıza müdaxilə etmədi?

- 1-2 il heç danışmadıq. Mən zəng edirdim, telefonlarıma cavab vermirdilər. Evlərinə gedirdim, qapıdan qovurdular. Yoldaşımın mənə qarşı pis münasibətini biləndən sonra anam gizlicə mənlə əlaqə saxlayırdı. Atamın xəbəri yox idi. Oğlum anadan olandan sonra atamla da barışdıq.

- Bura zorakılığa görə müraciət etmisiniz. Həyat yoldaşınızın bu cür davranışına səbəb nə oldu?

- Deyə bilərəm ki, gözümün yaşı heç vaxt qurumayıb. Evə gec gəlirdi, içirdi, çəkirdi. Söz-söhbət olurdu, döyməyə başlayırdı. Elə söyüşlər söyürdü ki, dilə gətirmək mümkün deyil. Hələ indi yaxşı vəziyyətdəyəm. Elə olub ki, çox ağır yaralanmışam, polisə şikayət etmişəm, ekspertiza keçirilib. Yoldaşım sonra yalvarıb başa saldı ki, işim yoxdur, uşaqlara baxa bilməyəcəyəm. Mən də şikayətimi geri götürdüm. Bir müddət aramız düzəldi, çox çəkmədi ki, yenə eyni davalar, söyüşlər davam etdi.

- "Söz-söhbət" deyəndə ən çox hansı mövzuları nəzərdə tutursunuz?

- Ümumiyyətlə, ona "hara gedirsən?", "niyə gedirsən?" kimi suallar verməyə haqqım yox idi. Ailəmlə ünsiyyətdə olmağa icazə vermirdi. Nə ev, nə də mobil telefonum var idi. Harasa getsəm, yalnız oğlumla getməyə icazə verirdi. Qısqanclığı məni boğaza yığmışdı. Qoyduğu qadağalar əsassız idi. Həmişə nəyəsə bəhanə tapırdı, mən özümü müdafiə etməyə çalışanda isə döyürdü.

- Bəs bir qadın kimi bütün bunlara qarşılıq olaraq ayrılmağı düşünmürdünüz?

- Savadım yox, imkanım yox... Ortada uşaqlar var. Həm də ondan qorxurdum, bir qadın nə qədər dözər bu əzab-əziyyətə?! Dəfələrlə başımı divara çırpırdı, məcburən ağzımı açdırıb tüpürürdü. Saçımdan tutub bütün evi sürüyürdü, ayağının altına salıb təpikləyirdi. Gecələr elə ağrılarım olurdu ki, yata bilmirdim. Olub ki, günlərlə yuxuya həsrət qalmışam.

- Bütün bunları uşaqların gözü qarşısında edirdi?