ABŞ-ın Livandakı səfirliyi qarşısında polis etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib


Dünya 10 Dek 2017 15:42:02 268 0

ABŞ-ın Livandakı səfirliyi qarşısında polis etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib

Nümayişçilər İsrail bayrağını yandıraraq şüarlar səsləndiriblər

Livanın təhlükəsizlik qüvvələri Beyrutdan şimalda yerləşən Aukar şəhərindəki Amerika səfirliyi qarşısına toplaşmış etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnağı tətbiq edib.

“Report” xəbər verir ki, bu barədə "Al Mayadeen" məlumat yayıb.

Telekanalın məlumatına görə, bir neçə min insan diplomatik nümayəndəlik qarşısında nümayiş keçirməyə cəhd göstərib. Onlar ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarına qarşı çıxış ediblər.

Nümayişçilər İsrail bayrağını yandırıblar. Hazırda onlar ABŞ və İsrailə qarşı qərarın ləğv olunması tələbi ilə şüarlar səsləndirirlər.

Bildirilir ki, polis əməkdaşları və hərbçilər səfirliyə aparan bütün yolları bağlayıblar.