İsrail ordusu Qəzza zolağından qazılmış tuneli məhv edib


Dünya 10 Dek 2017 14:51:03 257 0

İsrail ordusu Qəzza zolağından qazılmış tuneli məhv edib

Tunel bir neçə yüz metr İsrail ərazisinin içərilərinə doğru uzanmış olub

İsrail ordusu Qəzza zolağından qazılmış tuneli məhv edib.

“Report” xəbər verir ki, bu barədə xarici jurnalistlər üçün keçirilmiş brifinqdə İsrail ordusunun rəsmi nümayəndəsi Conatan Konrikus məlumat verib.

Onun sözlərinə görə, tunel bazar günü dağıdılıb.

C.Konrikus qeyd edib ki, Qəzza zolağının mərkəzində yerləşən Xan-Yunis şəhəri ərazisindən başlayaraq qazılmış tuneli İsrail hərbçiləri aşkar ediblər.

Tunel bir neçə yüz metr İsrail ərazisinin içərilərinə doğru uzanmış olub.