Vahid Ələkbərovun səhmləri müsadirə olunacaq FOTO


Dünya 10 Dek 2017 14:56:00 275 0

Vahid Ələkbərovun səhmləri müsadirə olunacaq  FOTO

Rusiya Mərkəzi Bankı hüquq-mühafizə orqanlarının köməyi ilə "Otkrıtie" maliyyə korporasiyasının düşdüyü böhrana görə onun səhmdarları-azərbaycanlı milyarder Vahid Ələkbərov,  ortağı Leonid Fedun və bəzi digər biznesmenlərin aktivlərini müsadirə etməyə hazırlaşır.

Virtualaz.org xəbər verir ki, bu haqda Rusiya KİV-ləri yazır.

Rusiya Mərkəzi Bankı ölkənin bank sektorunun sağlamlaşdırılması tədbirləri çərçivəsində "Otkrıtie" maliyyə korporasiyasında müvəqqəti idarəçilik tətbiq edib və rəhbərliyin qarşısında nizamnamə kapitalında çatışmayan 300 milyard rublu (5 milyard dollar)  tapmaq tələbi qoyub. Lakin bankın təsisçisi Vadim Belyayev Rusiyanı tərk edib və geri qayıtmaq niyyətində deyil. Nəticədə dövlət orqanları bankın çatışmayan kapitalına görə onun səhmdarlarının aktivlərini müsadirə etməyi qərara alıb. Vahid Ələkbərov da bankın səhmdarları arasındadır.

Gözlənilir ki, bankın çatışmayan kapitalına görə Vahid Ələkbərovun "Lukoil" şirkətindəki səhmlərinin bir hissəsi müsadirə olunacaq. Rusiyada bank sektorunun konsolidasiyası Fondunun nizamnaməsinə əsasən kredit təşkilatlarının sağlamlaşdırılması tədbirlərində onun sahibləri birbaşa iştirak etməlidir.