"Hərdən Elvinin qorxusundan..." Müğənninin xanımı


Şou-biznes 10 Dek 2017 14:48:00 277 0

"Hərdən Elvinin qorxusundan..."  Müğənninin xanımı

Müğənni Elvin Abdullayev bu dəfə ailəsi ilə kamera qarşısına keçib. 

Axşam.az-ın məlumatına görə, sənətçi övladı Tuncayın ad günü mərasimində "Lider maqazin"ə açıqlama verib.  O, ailədəki davranışından danışıb: "Çalışıram ki, övladım böyüyəndə "mən-mən" deməsin. Amma onun yaxşı şəraitdə böyüməsinə can atıram. Özüm görmədiklərimi ona yaşadım. Mənim yaşadığım çətinlikləri övladımın görməsini istəmirəm.  Xarakterimdə ciddilik var. Bilmirəm onu səhnədə, yoxsa ailədə göstərim. Subay olanda efirdə göstərirdim. İndi bildim ki, səhnə ciddiliyi sevmir". Həyat yoldaşı Afət Abdullayeva isə Elvinlə bağlı "Bəzən ana məsuliyyətindən çox Elvinin qorxusundan Tuncaya nəsə edirəm. Elvin nümunəvi atadır" sözlərini deyib.