Bağdadda İŞİD üzərində qələbə münasibəti ilə hərbi parad keçirilir


Dünya 10 Dek 2017 14:27:19 333 0

Bağdadda İŞİD üzərində qələbə münasibəti ilə hərbi parad keçirilir

İraqın baş naziri 10 dekabr tarixini ümumilli istirahət günü elan edib

İraqın paytaxtı Bağdadda İŞİD terror qruplaşması üzərində qələbə münasibəti ilə hərbi parad keçirilir.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, tədbir paytaxtın mərkəzində təşkil olunub.

İraqın baş naziri Heydər əl-Abadi 10 dekabr tarixini ümumilli istirahət günü elan edib.