Azərbaycanda avtobus daha bir can aldı


Digərləri 10 Dek 2017 12:31:00 267 0

Azərbaycanda avtobus daha bir can aldı

Gəncədə 73 yaşlı qadını avtobus vuraraq öldürüb.

Son.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Şəmkir avtovağzalı adlanan ərazisində baş verib.

Şəhər sakini 1944-cü il təvəllüdlü Ələsgərova Nərgiz Hüseyn qızı şəhərdə 11 saylı xətt üzrə sərnişin daşıyan "İsuzu" markalı avtobus tərəfindən vurulub.