Həftənin ilk iş günü hava necə olacaq?


Digərləri 10 Dek 2017 12:18:53 239 0

Həftənin ilk iş günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, gecə və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.