İndoneziyada ABŞ səfirliyi qarşısında kütləvi aksiya


Dünya 10 Dek 2017 11:49:14 296 0

İndoneziyada ABŞ səfirliyi qarşısında kütləvi aksiya

Bu gün İndoneziyanın paytaxtı Jakarta şəhərində yerləşən Birləşmiş Ştatların səfirliyi qarşısına ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi ilə bağlı etiraz aksiyası keçirilir.

Son.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, aksiyaya 6 minə yaxın nümayişçi qatılıb və ABŞ prezidentin Qüdslə bağlı qərarına sərt etiraz edilib.

Fələstin və İndoneziya bayraqları və Qüdsü dəstəkləyən plakatlar daşıyan nümayişçilər "Fələstinin azad olunmasına" çağıran şüarlar səsləndiriblər.