Benyaminovların kartel sövdələşməsinin üstü açıldı


Dünya 10 Dek 2017 11:37:54 330 0

Benyaminovların kartel sövdələşməsinin üstü açıldı

Rusiyanın Federal Antiinhisar Xidməti Moskva küçələrinin abadlaşdırılması və işıqlandırılması layihəsi üzrə podratçılar arasında kartel sövdələşməsinin üstünü açıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Xidmətin yaydığı press-relizdə deyilir.

Məlumata əsasən, "Perspektiv texnologiyaların inkişafı agentliyi" və "Orbita servis" (əvvəllər "Prime Servis" adlanıb) şirkətləri hər birinin maksimal dəyəri 626 milyon rubl olan (10.5 milyon dollar) dörd tenderdə işirak ediblər. Rəqiblər müsabiqədən çəkilib, məbləğ 615 milyon rubla endirilib və tenderlərin hamısını bu iki şirkət qazanıb. Federal Antiinhisar Xidməti bu məbləği "həddən artıq şişirdilmiş" hesab edir.

"Meduza" xəbər verir ki, söhbət Moskvanın Borovitski və "Taqanskiy ploşad" küçələrindəki binaların fasadının işıqlandırılmasına dair tenderlərdən, habelə Kaşirsk və Novorisjk küçələrinin Moskva Dairəvi Avtomobil Yolu ilə kəsişmələrinin işıqlandırılmasından gedir.

Məlumata əssən şirkətlər hərrac zamanı bir-biri ilə informasiya mübadiləsi ediblər, vahid informasiya-texniki infrastrukturdan istifadə ediblər və tenderlərdə iştiraka hazırlığı birgə aparıblar.