Gəncədə kimsəsiz qadını maşın vuraraq öldürüb


Sosial 10 Dek 2017 11:22:24 264 0

Gəncədə kimsəsiz qadını maşın vuraraq öldürüb

Qadın xəstəxanaya aparılarkən yolda keçinib

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Nərgiz adlı qadın yolu keçmək istəyən zaman onu avtomobil vurub.

Tüfeyli həyat tərzi sürən qadın aldığı xəsarətdən xəstəxanaya aparılarkən yolda keçinib.

Hadisə Şəmkir avtovağzalı adlanan ərazidə baş verib. Sürücü ilkin ifadəsində qadını vurmadığını, maşını işə salan zaman məhz qadının qəfil maşına çırpılaraq yerə yıxıldığını bildirib. 

Faktla bağlı araşdırma aparılır.