Cakartada minlərlə insan ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirir


Dünya 10 Dek 2017 10:58:58 270 0

Cakartada minlərlə insan ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirir

Etiraz aksiyası İndoneziyanın Çiçəklənmə və Ədalət Partiyası tərəfindən təşkil olunub.

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq barədə qərarına etiraz əlaməti olaraq 6 minə yaxın insan Birləşmiş Ştatların Cakartadakı səfirliyi qarşısına toplaşıb.

“Report” xəbər verir ki, bu barədə yerli polisə istinadən "The Straits Times" qəzeti yazıb.

Bildirilir ki, etiraz aksiyası İndoneziyanın Çiçəklənmə və Ədalət Partiyası tərəfindən təşkil olunub.

Nəşrin məlumatına görə, daha bir etirazçı qrupu mərkəzi Cakartanın əsas küçəsinin mərkəzinə toplaşıb.

Aksiya iştirakçıları əllərində İndoneziya və Fələstin bayraqları, həmçinin "Fələstini azad edin" şüarlarının yazıldığı plakatlar tutublar.