Ukraynada Azərbaycan vətəndaşı piyadanı vuraraq öldürüb


Sosial 10 Dek 2017 00:56:55 321 0

Ukraynada Azərbaycan vətəndaşı piyadanı vuraraq öldürüb

Yaralı hadisə yerində keçinib

Dekabrın 8-də Ukraynanın Lvov şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə Lvov vilayət dövlət administrasiyasının məlumatında bildirilir.

Hadisə axşam saat 20:15 radələrində, Qorodotskaya – Aviatsionnaya küçlərinin kəsişməsində qeydə alınıb. Qəzanı Lvovda yaşayan 1972-ci il təvəllüdlü Azərbaycan vətəndaşı törədib.

O, idarə etdiyi KİA "Sorento" markalı avtomobil ilə piyada keçidinin üzərində qadını vurub. Piyada aldığı xəsarətlərdən yerində keçinib.