Əzgil ən yaxşı qankəsici vasitələrdən biridir


Digərləri 09 Dek 2017 23:50:00 350 0

Əzgil ən yaxşı qankəsici vasitələrdən biridir

Tikanlı subtropik bitki olan əzgil qədim zamanlarda möcüzəli və sehrli ağac sayılırdı. Məsələn, səyahətə çıxan dərvişlər özlərini bədbəxt hadisələrdən qorumaq üçün əzgil ağacından hazırlanmış əsa gəzdirirdilər. Ana olmağa hazırlaşanlar isə hamiləliyin uğurlu keçməsi üçün boyunlarına həmin ağacdan düzəldilmiş həmayil asarmışlar.

Tərkibində olan maddələrə görə əzgil almaya çox bənzəyir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, əzgil ən yaxşı qankəsici vasitədir, həzmi yüngülləşdirir, bağırsaqları möhkəmləndirərək qanlı ishal, yəni dizenteriya əleyhinə təsir göstərir, ağciyərləri bəlğəmdən təmizləyir, qıcıqlanmanın qarşısını alaraq tənəffüsü yaxşılaşdırır, ürək ağrılarını yüngülləşdirir. Əzgil şirəsi böyrək daşlarını parçalayır. Yarpağının dəmləməsi qanda şəkərin miqdarını azaldır.

Əzgil meyvəsi ağacdan dərilib bir müddət saxlanandan sonra yeyilir. Həmin müddətdə meyvə bir qədər qıcqırır, yumşalır və yeməli olur. Meyvəni soyuducuda saxlamaqla da yumşaltmaq olur.

Sınanmış bəlğəmgətirici vasitə olan əzgilin lətinin balla qarışdırılıb qəbul edilməsi bronxit, öskürək zamanı nəfəsalmanı asanlaşdırır, nəfəs yollarını təmizləyir, iltihabın azalmasına kömək edir.