Şəkidə toydan qayıdan şəxslər yol qəzasına düşüblər, 3 nəfər ölüb, 5-i yaralanıb - YENİLƏNİB


Sosial 09 Dek 2017 20:02:00 326 0

Şəkidə toydan qayıdan şəxslər yol qəzasına düşüblər, 3 nəfər ölüb, 5-i yaralanıb - YENİLƏNİB

Yaralılardan birinin vəziyyəti son dərəcə ağırdır

Şəki rayonu ərazisində 3 nəfərin ölümü, 5-nin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcustan magistral yolunda, Şəki rayonunun girişində baş verib.

Qəza zamanı iki "Mercedes" markalı avtomobil toqquşub. Qəzaya düşənlərdən ikisi hadisə yerində, daha biri isə Mingəçevir şəhər xəstəxanasında keçinib. Ölənlərdən birini qadın olduğu qeyd edilir.

Yaralılardan 3 nəfəri Mingəçevir şəhər xəstəxanasına, digər ikisi isə Şəkiyə aparılıb.

Mingəçevirə gətirilən yaralılar Bağırov Murad Nadir oğlu (1996-cı il təvəllüdlü Bərdə rayon Mustafalı kənd sakini), Qasımlı Elvin Babək oğlu (1992-ci il təvəllüdlü Qax sakini) və Aslanlı Rəşad Məzahir oğludur (1992-ci il təvəllüdlü Göygöl sakini).

Hər üç yaralı Mingəçevir xəstəxanasında müalicə alır.

Xəstəxanaya eyni qəzada yaralanan ümumilikdə 5 nəfər gətirilib. Onlardan biri ölüb, digəri isə ölümcül olsa da, hələ ki, sağdır.

Hadisə şahidlərinin bildirdiyinə görə, maşınlardan birində toydan qayıdan hərbçilər olub. Onlar Qax rayonundan qayıdırlarmış.***19:31

Şəki. 9 dekabr.