"Xoşbəxt olmaq üçün kimsəyə ehtiyacım yoxdur" İradə İsak


Şou-biznes 09 Dek 2017 23:11:00 462 0

"Xoşbəxt olmaq üçün kimsəyə ehtiyacım yoxdur"  İradə İsak

Aparıcı İradə İsak özünü xoşbəxt qadınlardan hesab edir.

Son.az axşam.az-a istinadən xəbər verir ki, aparıcı bunun səbəbini belə izah edib:

"Ən birinci, sevdiyim işlə məşğulam. İkincisi, sevdiklərim yanımdadır. Üçüncüsü, anayam və anam var. Dördüncüsü, sağlamam. Beşincisi, yaxşı dostlarım var. Altıncısı, sevməyi, yardım etməyi bacaran qəlbim var. Yeddincisi pis insanlardan, şər-böhtandan uzağam.

Bütün bu xoşbəxtliyimin isə bir səbəbi var. Xoşbəxt olmaq üçün kimsəyə ehtiyacım yoxdur. Tək otaqda oturub saatlarla film izləmək, mahnı dinləməkdən doymaram. Oğlumla gəzməkdən, teatra getməkdən zövq alaram. Siz də kiçik şeylərlə xoşbəxt olmağı bacarın. Çünki böyük məsafələr kiçik addımlarla qət edilər.

Xoşbəxt olmaq daha çox məqsəddən başlayır. Məqsədsiz həyat boşdur. Əgər tez-tez darıxırsınızsa, deməli məqsədinizi seçməmisiniz.

Mən işim olmayanda da özümə iş tapanlardanam".