Azərbaycanlı Ukraynada avtomobillə piyadanı vurdu


Dünya 09 Dek 2017 23:12:00 218 0

Azərbaycanlı Ukraynada avtomobillə piyadanı vurdu

Azərbaycan vətəndaşı Lvovda Qorodotsk-Aviasiya küçələrinin kəsişməsində idarə etdiyi avtomobillə yolu keçmək istəyən qadını vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə Lvov əyalət dövlət administrasiyasının vətəndaş müdafiəsi məsələləri üzrə departamenti xəbər verir.

"KİA Sorento avtomobilinin sürücüsü, 1972-ci il təvəllüdlü Azərbaycan vətəndaşı piyada keçidində yolu keçmək istəyən qadını vurub. Aldığı xəsarətdən? o, hadisə yerində keçinib. Hazırda qadının kimliyi müəyyənləşdirilir", - deyə məlumatda bildirilir.