Tərtərdə bıçaqlanan şəxs 7 saat əməliyyat olundu


Digərləri 09 Dek 2017 23:13:00 317 0

Tərtərdə bıçaqlanan şəxs 7 saat əməliyyat olundu

Yaralı öncə Tərtər, ardınca Bərdə, sonda isə Mingəçevir şəhər xəstəxanasına aparılıb

Tərtər rayonunun Qapanlı kəndində bıçaqlanma hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, toyda başlayan mübahisə, daha sonra münaqişə ilə yekunlaşıb. Nəticədə 1987-ci il təvəllüdlü kənd sakini Elsəvər Vidadi oğlu Salmanov adı hələ ki, məlum olmayan şəxs tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb. . Nəhayət Mingəçevirdə baş tutan 7 saatlıq ağır cərrahi əməliyyatdan sonra yaralı gəncin həyatını xilas etmək mümkün olub. Hazırda onun vəziyyəti kafi qiymətləndirilir. Baş vermiş hadisə ilə bağlı Tərtər rayon Polis şöbəsində araşdırma aparılır.